Sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində polis əri tərəfindən qətlə yetirilən Xanım Məmmədovanın səs yazısı üzə çıxıb.
Pravda.az xəbər verir ki, səs yazısında dayısı qızı ilə danışan X.Məmmədova həyat yoldaşı İ.Məmmədovun ona qarşı zor tətbiq etdiyini deyir:
"Sona, salam. Axşamın xeyir. Neçə vaxtdır, elə onunla tanış olduğum gündən bu vəziyyətdəyəm. Son vaxtlar da münasibətimiz, danışıqlarımız, davranışlarımız lap pisdir. Yəni, onun davranışı. Bu gün artıq son idi. İşdən yarımçıq gəldi evə, döydü, söydü, çırpdı, vurdu, nə bilim telefonu əlimdən aldı. Başımı çırpdı divara, "şifonerə”, yerə, nə bilim, şillə, təpik yumruq… Dedim İsmayıl, uşaqları da götürüb çıxıb gedəcəyəm. Telefonu əlimdən aldı, nömrəni qırdı ki, heç kimə zəng edə bilməyim. Qapını da çöldən bağlayıb işə getdi. Ürəyim partlayırdı. Bilmədim kimə necə xəbər verim, burdan uşaqlarla necə çıxım. Təzə evə köçmüşdük "Neftçilər”ə. Birdən o gedəndən sonra yadıma düşdü ki, bir açar qoymuşdum "sumka”ma. Qapını açdım, uşaqları geyindirib tez çıxdım.
Taksi axtardım ki, Biləcəriyə gedim. Məni görüb aparmaq istəmədi, qorxdu. Dedim nə qədər istəsən, verəcəyəm, bircə məni apar. Razılaşdı”.