“Universitetlərdə elmi dərəcəsi olmayan yaxud saxta namizədlik və doktorluq elmi dərəcəsi alanlara vəzifələr verilir”.
Deputat: Universitetlərdə saxta namizədlik və doktorluq elmi dərəcəsi alanlara vəzifələr verilir - SENSASİON AÇIQLAMA
Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.
“Qohumları, yerliləri, dostlarına bütün universitet əməkdaşlarını narazı salan seçkilər keçirməklə vəzifələr verilir. Yaxın günlərdə bu cür dağıdıcı və antimilli məsələlər barədə Milli Məclisdə çıxışım olacaq. Bu hallar universitetlərdə təhsil mühitini korlayır. Ümidsizlik yaradır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorlarına sual verin ki, nə üçün belə edirlər? Cəmiyyətdən heç nəyi gizlətmək olmaz. Təhsil cəmiyyətə açıq sistemdir və bizdə də belə olmalıdır”.