Mingəçevir sakini internetdə dələduzların hədəfinə tuş gəlib. Naməlum şəxslər onun satmaq istədiyi qarajı almaq adı ilə pul köçürmək üçün bank kartının kodlarını istəyiblər. Həmin şəxs kartından pul çəkiləndən sonra aldadıldığını başa düşüb.
Mingəçevir sakini dələduzların toruna düşüb.
Şəhər sakini Fəxri Həsənov alqı-satqı saytlarının birində özünə məxsus qarajı satdığı haqda elan yerləşdirib. Bunu görən dələduzlar həmin şəxslə vatsap vasitəsi ilə əlaqə saxlayaraq qarajı almaq istədiklərini deyiblər. Ona Qazaxstanda olduqların və beh vermək üçün kart kodu göndərmələrini istəyiblər. Fəxri Həsənovun aldadılması da bundan sonra baş verib.