Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

MMA döyüşçüsü nokautdan sonra öldü

1 205
Paylaş:
MMA döyüşçüsü nokautdan sonra öldü

Amerikada qarışıq döyüş ustası (MMA) Castin Tornton nokautdan sonra 39 yaşında dünyasını dəyişib.

Pravda.az xəbər verir ki, bu barədə “MMA Fighting” portalı məlumat yayıb.

ABŞ-da avqustun 21-də keçirilən turnirdə Tornton Dillon Kleklerlə qarşılaşıb. Görüşün 18-ci saniyəsində Tronton aldığı güclü zərbədən nokauta düşüb.

Tornton xəstəxanaya yerləşdirilib. Döyüşçü qismən iflic olub və onurğa zədəsi nəticəsində infeksiyaya yoluxub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Paylaş:

Ən son xəbərlər