Məlum olduğu kimi, 4 oktyabrda bir neçə saat ərzində “Facebook”, “Instagram” və “WhatsApp” istifadəçiləri adıçəkilən platformalara daxil ola bilməyiblər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, “Facebook” şirkəti tərəfindən açıqlanan məlumata əsasən, “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub.