"Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da böyrək, hemodializ xəstələri arasında kişilərin sayı daha çoxdur".
Pravda.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Baş Nefroloqu Fariz Babayev deyib. O bildirib ki, bu say kişilərdə 57 faizdir: "Azərbaycanda da kişilərin ətraf mühitlə, həm işlə, həm fiziki təsirlərə məruz qalması müəyyən xəstəliklərə yoluxma ehtimalını artırır. Ətraf mühitlə çox təmas, soyuq olan yerlərdə çalışmaq da böyrək xəstəliklərinin əmələ gəlməsinə gətirib çıxarır. Böyrək çatışmazlığı yalnız böyrək xəstəlikləri nəticəsində yaranmır. Həmçinin şəkərli diabet, hipertoniya xəstəlikləri də böyrək çatışmazlığı ilə nəticələnə bilər. İnsanlar daha çox stressə, gərginliyə məruz qaldığı hallarda bu xəstəliyin əmələgəlmə riski də artır".