Cəbrayılda yaşıl nəqliyyata çox böyük diqqət ayrılacaq.
Pravda.az xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Oktyabrın 4-də Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə təqdimatla çıxış edən komitə sədri bildirib.
- Sənayeyə gəldikdə, düşünürük ki, tikinti materiallarının, qida məhsullarının, içkilərin istehsalı, toxuculuq, xalçaçılıq, metallurgiya, maşın avadanlıqlarının istehsalı və təmiri. Burada nəqliyyat sxemi təqdim olunub. Bayaq qeyd etdiyim kimi, bu yaşıl dəhlizlər boyu velosiped yolunun uzunluğu 18 kilometr təşkil edəcək. Piyada yolları üçün daha uzun məsafəli - 70 kilometrlik zolaq planlaşdırılır. Həm də yaşıl nəqliyyata çox böyük diqqət ayrılacaq.
Prezident: Elektriklə işləyən nəqliyyat.
Anar Quliyev: Bəli, elektriklə. Küçə, yol profilləri nümunələri göstərilib. Plan elə qurulub ki, hər bir hərəkət iştirakçısı - piyada da, avtomobil də, velosiped də bir-birinə maneə olmadan sərbəst hərəkət edə bilsin.