BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazənin: “Telekanallarda əxlaqsızlara “xanım-bəy” deyə müraciət edirlər” - VİDEO

“Əvvəllər əxlaqsızlıq edənləri insanlar qınayırdılar. Belələrinə “bu kənddən çıx, səni görməyək” deyirdilər. İndi çıraqla gəzsən də, normal insan tapa bilmirsən”.

 

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nazənin Salayeva deyib.

 

Sükan arxasında əyləşən sənətçi bildirib ki, onu son dönəmlərdə narahat edən əxlaqsız şəxslərə xanım, bəy, müəllim kimi sözlərlə müraciət edilməsidir. N.Salayeva bunun günahını televiziyalarda gördüyünü açıqlayaraq, fikirlərini belə davam etdirib:

 

“Bunu ən çox televiziya kanalları edir. Əxlaqsıza xanım deyə müraciət edirlər. Sən xanım kəlməsini gəlininə də, bacına da deyirsən. Əxlaqsız kişiyə bəy, müəllim deyə müraciət edirlər. Olmaz, bu, yolverilməzdir! Pedaqoqa, akademika də müəllim deyirlər. Bu nə dərəcədə düzgündür? Geni elə biz xarab edirik. Bunlar da elə zənn edirlər ki, düz hərəkət edirlər. Bilmirsən nə deyəsən? Danışanda da deyirlər ki, özünü reklam edir”.

 

Tarix: 7 Fevral 2020, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin