Ukraynalı deputat Yelizaveta Yasko Rustavi həbsxanasında sevgilisi – Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə görüşüb.

Pravda.az xəbər verir ki, Yasko görüşdən sonra ilk açıqlamasını verib.

“Gürcüstanı belə prezidenti olduğu üçün qısqanırıq. O həm də Ukrayna siyasətçisidir. Çox istərdim ki, onu qoruyasınız”, - Yasko bildirib.