BURADA REKLAMINIZ OLA
BİLƏR

“Lotuluqdursa, onu yaxşı bacarıram” ritorikası ilə deputatlıq iddiasına düşmək yolverilməzdir - VİDEO

Fevralın 6-da gözlənilən hadisə baş verdi. Yanvarın 20-dən deputatlığa namizəd Fəzail Ağamalını addım-addım izləyən digər namizədlər Kamil Musavi və Aytən Qurbanova cütlüyü görüşlərində fiaskoya uğradıqlarının şahidi oldular. Savadsız və ritorik “çıxışları”, Kamilin bölgəyə xüsusi desantla gəlib, radikal müxalifətin mürgüləyən, dişsiz təmsilçilərini hərəkətə gətirməsi, Aytənin babası İbrahim Qurbanovun sovet zamanındakı nüfuzunun nostalji yığımlarından geninə-boluna istifadə etməsi belə, onların görüşlərinin effektini artırmadı. Görünür, 15 il deputatlıq müddətində Fəzail Ağamalının bölgəyə, eyni zamanda seçicilərə qayğı ilə yanaşması, müraciətlərə həssaslıqla münasibət göstərməsi, problemlərin, çətinliklərin müvafiq qurumlar qarşısında qaldırması və onların həllində fəal iştirakı, dövlətçilik qarşısında xidmətləri müsbət rol oynayıb. Mübaliğsiz olaraq, seçicilərlə görüşlərini kifayət qədər səmimi və canlı keçirməsi, çoxsaylı insanların iştirakı bu namizədləri ciddi şəkildə narahat edib. Əsası olmayan ittihamlar, rayonun icra strukturlarına, dairə seçki komissiyasına atılan böhtanlar, Mərkəzi Seçki Komissiyasına edilən davam və əsassız müraciətlər onların sosial dayaqlarının genişlənməsinə müsbət təsir göstərmədi. Müşahidələr təsdiq edir ki, Kamil-Aytən cütlüyünün fizioloji fərqi olsa da, onları birgə hərəkətə gətirən təkcə şəxsi ambisiyaları deyil, həm də onların vahid mərkəzdən idarə olunmalarıdır.

 

Fevralın 6-da F.Ağamalının seçicilərlə görüşündən sonra Kamil Musavi və Aytən Qurbanovanın bir qrup sərxoş və nəşəli şəxslərin ətrafında, söyüş ritorikası, əxlaqsız davranışlarla Fəzail Ağamalıya qarşı fiziki və psixoloji təzyiqlər göstərməsi onların anarxist mahiyyətini tam olaraq ortaya qoydu.

 

Bu, əslində qarşıdan gələn parlament seçkilərinin pozulmasına hədəflənən anti-Azərbaycan və anti-milli qüvvələrin məkrli planının tərkib hissəsidir.

 

Müvafiq qurumlar bu tip anarxistlərin qarşısını almaq üçün dərhal hərəkətə keçməlidirlər. Vaxt olduqca azdır.

 

Deputatlığa namizəd qanunlara daha ciddi əməl etməlidir. Əgər namizədsənsə, sivil mübarizə aparmalısan, digər namizədin həyatını təhlükə altına atmamalısan. Tamam, “B...t” ifadəsini əsəbləşib, işlədib. El dilində işlənir. Amma “Lotuluqdursa, onu yaxşı bacarıram” ritorikasına nə deyəsən? Bu düşüncə ilə deputat seçilmək olarmı? Milli Məclis ali qanunverici orqandır, hər hansı qanunun layihəsinin müzakirəsi zamanı belə hal yaşanarsa, necə olar? Bu, açıq tabesizlikdir! Hər kəs qanun qarşısında bərabərdir, cinayət varsa, cəzası da var.

 

Bütün həqiqi qazi qardaşlarımızın qarşısında baş əyirik, onlar hər şeyin ən yaxşısına layiqdirlər. Çünki onlar vətən yolunda sağlamlıqlarını itiriblər. Həmin insanlar üçün nə etsək belə, yenə də azdır. Hər zaman diqqət və qayğı göstərməliyik.

 

Pravda.az

 

Tarix: 7 Fevral 2020, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin