İyulun 1-də toyların keçirilməsi ilə bağlı qadağa qüvvədən düşdükdən sonra keçirilən toylara hər masada maksimum 6 masa olmaqla, ümumilikdə ən çox 150 qonaq qəbul etmək icazəsi verilir. Artıq ölkəmizdə koronavirus göstəricilərində rəqəmlər yaxşılığa doğru dəyişir. Sağalanlar artır, yoluxanlar azalır, ən əsası da vaksinasiyaya cəlb olunanların ümumi rəqəmlərdə xüsusi çəkisi artıb. Belə olduğu təqdirdə növbəti yumşaldılmalarda toylarla bağlı məhdudiyyətlərin aradan qaldırılması və ya dəyişdirilməsi gözləntiləri yaranır. Bu yumşalmanı isə ən çox övladına toy etmək istəyən valideynlər gözləyir.
Pravda.az-ın məlumatına görə, şadlıq evlərinin işçiləri də valideynlər qədər gözlənti içindədir. Onlar növbəti yumşalmanın toyun qonaqlarının sayı ilə bağlı olacağı təqdirdə qiymətlərin də ucuzlaşacağını deyir.