Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının dostenti Svetlana Əliyeva vəfat edib.
Pravda.az xəbər verir ki, S.Əliyeva ötən gün 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Svetlana Əliyeva 1956-1962-ci illərdə N.Nərimanov adına ATİ-nun müalicə-profilaktika fakultəsində təhsil alıb. 1962-1966-cı illərdə S.M.Kirov adına ADU-nun “İnsan və heyvanların fiziologiyası” kafedrasında aspirant kimi əmək fəaliyyətinə başlayıb.