Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin sayı 1 milyon 264 min 93 ədəd olub.
Pravda.az xəbər verir ki, son bir ildə ölkədə minik avtomobillərinin sayı 4,2% və ya 50 min 449 ədəd artıb.
Son bir ildə ən çox artım "Chevralet" markalı avtomobillərdə qeydə alınıb. Azərbaycanda "Chevralet" markalı avtomobillərin sayı son bir ildə 37% artıb. “Toyot”a markalı avtomobillərin sayı isə 14% artıb.
Azərbaycanda insanlar ən çox VAZ markalı minik avtomobillərindən istifadə edirlər. VAZ-lardan sonra ən çox istifadə olunan avtomobil markası "Mersedes" hesab olunur. Çox istifadə olunan minik avtomobillərin sırasında növbət yerlərdə "Hyundai", "Toyota", "Opel", KİA və "Nissan" qərarlaşıb.