“Onu heç xəstə yatağında görmək istəməzdim. Amma nə edəsən ki, yaş öz sözünü deyir. Elmira Rəhimovanı həmişə gümrah görməyə adət etmişəm. Son vaxtlar səhhətindəki problemləri bilirdim. Amma o, buna baxmayaraq, özünü sındırmır, zarafatla da olsa “Top kimiyəm” deyirdi”.
Pravda.az xəbər verir ki, bu sözləri teleaparıcı Hacı Nuran Hüseynov Xalq artisti Elmira Rəhimova barədə şəxsi “Facebook” hesabında yazıb.
Teleaparıcı sənətkarı görmək üçün xəstəxanaya gedib. E.Rəhimova ilə bağlı xatirələrini bölüşən Hacı Nuran onun bağ evi arzuladığını vurğulayıb:
“Elmira Rəhimova mənə anam qədər əziz insandır. Onun barəsində nə qədər yazsam, yenə də azdır. Azərbaycan incəsənətində onun xüsusi yeri var. Heç kim Elmira xanım kimi hind mahnılarını sevə-sevə oxumadı. Açığını desəm, nəinki hind mahnılarını, elə Hindistanın özünü də Elmira xanıma görə sevdim.