3 saylı Uşaq Evində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, müvafiq tibb müəssisəninin və digər aidiyyəti mütəxəssislərin iştirakı ilə komissiya yaradılmış və araşdırılmalar aparılıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov bildirib.
Araşdırma nəticəsində 3 saylı Uşaq Evində heç bir yoluxucu xəstəlik aşkar edilməyib, tibb mütəxəssisləri tərəfindən həmin uşağa əsasən yaz və payız aylarında kəskinləşən atopik dermotit xəstəliyi diaqnozu təyin edilib.