“Balamın məzarının başında dayanmışam. Bir neçə şəhidin məzarının başında dayandıqda içimdən nə hisslər keçirdi, necə olurdumsa, indi də belə dayanmışam. Çünki mənim oğlum o şəhidlərin heç birindən artıq deyil. Bacardığım qədər güclü olmağa çalışıram”.
Pravda.az xəbər verir ki, bu sözləri mərhum oğlu Əlinin məzarını ziyarət edən Xalq artisti Nazpəri Dostəliyeva deyib. Həmin kadrları “1 dəqiqə” verilişi lentə alıb.
Müğənninin sözlərinə görə, oğlu vəfat edəcəyini əvvəlcədən bilirdi: “Çox qəribədir ki, o, dünyadan köçəcəyini bilirdi, mən bilmirdim. O görürdü, mən görmürdüm. Mən inanmırdım. Bir az fikir edirdi. Son ildə onun öz problemləri oldu. Məndən gizlədirdi”.