BURADA REKLAMINIZ OLA
BİLƏR

AFFA qərar verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Pravda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

 

Premyer Liqanın VI turunun “Zirə” – “Sumqayıt” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunur.

 

“Keşlə” – “Sabah” oyununda “Sabah” klubunun bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimə olunur. Klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. Mətbuat konfransı zamanı “Sabah” klubunun baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilsin.

 

I Divizionun III turunun “Keşlə-2” – “Qəbələ-2” oyununda “Keşlə-2” klubunun qapıçısının formasında qüsur olduğundan oyunun ikinci hissəsi gec başlandığı üçün klub 80 manat cərimə olunur.

Tarix: 7 Oktyabr 2021, 16:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin