BURADA REKLAMINIZ OLA
BİLƏR

Məzahir Pənahov: “Qanun pozuntuları ilə bağlı birinci bizə müraciət etmək lazımdır”

 “Dairədə olan qanun pozuntuları ilə bağlı birinci Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək lazımdır, məhkəməyə yox”.

 

Pravda.az-ın xəbərinə görə, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

 

O bildirib ki, 22 saylı Nəsimi seçki dairəsindən namizədliyi qeydə alınmış şəxs müşahidəçi vəsiqələrini Dairə Seçki Komissiyasına versə də, bunun qəbul edilmədiyini iddia edib və məhkəməyə müraciət edib.

 

“Belə görünür ki, həmin namizəd məhkəmə həvəskarıdır. Belə olan halda, həmin şəxsə zorla vəsiqələri vermək lazımdır. Onun deyəsən, başqa məqsədləri var. Adını hansısa hesabatlara saldırmaq niyyəti daşıyır. O hansısa statistik göstəricilərə xidmət edir”, - deyə M. Pənahov vurğulayıb.

 

Qeyd edək ki, iclasda hansı namizəddən söhbət getdiyi barədə məlumat verilməyib.

Tarix: 7 Fevral 2020, 17:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin