“Bir Azərbaycan zabiti olaraq demək istəyirəm ki, Azərbaycanın qazandığı qələbənin böyük payı Ali Baş Komandana düşür”.
Pravda.az xəbər verir ki, bunu polkovnik, Vıətən Müharibəsindəki xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Tehran Mənsimov Vətən Müharibəsindən danışarkən deyib.
“Niyə? Çünki onun bizə inamı, bizim ona inamımız və o verib o əmri... O, əmr verməsəydi, bu olmazdı. Çünki biz əmrə tabeyik.
Hər kəs deyir, “mən qəhrəmanam”. Amma mən sizə deyim, ən böyük qəhrəman odur. Çünki o cəsarət, o inam onda var. O, bizə inanmasaydı, əmri verməzdi.
Eyni zamanda, şəhidlərin qanı ilə alınıb bu torpaqlar. Çox şükür ki, biz elə uşaqlar gördük, elə oğullar gördük, Vətən Müharibəsində elə oğullar şəhid verdik ki, onları dünyaya gətirən bütün anaların əllərindən öpürəm.