BURADA REKLAMINIZ OLA
BİLƏR

MSK sədri tapşırıq verdi

Namizədlərin təşviqat materiallarını fevralın 8-i saat 08:00-dan tez müvafiq lövhələrdən yığışdırmaq olmaz.

 

Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov  bildirib. 

 

Qeyd edək ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi  partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 8-i saat 08:00-a qədər olan dövrü əhatə edir.

Tarix: 7 Fevral 2020, 18:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin