Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və qurumları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq fevralın 10-nu gündüzədək hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi, temperaturun 15-18 dərəcə aşağı enəcəyi və yağıntının intensiv olacağı ilə bağlı 07 fevral 2020-ci il tarixli xəbərdarlığı ilə əlaqədar gücləndirilmiş iş rejiminə başlayıb.
Nazirliyin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, nazir Ramin Quluzadə telekommunikasiya, poçt və nəqliyyat xidmətlərinin fasiləsizliyinin və dayanıqlılığının təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi, mal-material ehtiyatlarının yaradılması, qida qurğularının normal işinin təmin edilməsi və təhlükəsizlik tədbirlərinə ciddi riayət ediləməsi ilə bağlı nazirliyin bütün qurumlarına göstəriş verib.