BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Gülalıyevin oğlu: "Atam yardımçı vasitə ilə öz ayaqları üzərində dura bilir" - VİDEO

 “Atamın səhhətində müsbət dinamika davam edir”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Oqtay Gülalıyevın oğlu Təbriz Gülalıyev bildirib.

 

“Sonuncu əməliyyatdan sonra oyanıqlığı artıb. Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəliləyişlərin göstəricisinə əsasən, xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhəti pisləşmir. Az da olsa yardımçı vasitə ilə öz ayaqları üzərində dura bilir”, - T. Gülalıyev vurğulayıb.

 

Xatırlatma: Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib. Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, o, Türkiyəyə aparılıb. Hazırda İstanbulda Amerika  xəstəxanasındadır.

 

Tarix: 7 Fevral 2020, 19:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin