Xilasedicilər Batumidə yaşayış binasının dağıntıları altından daha bir ana və uşağının meyitini çıxarıb.
Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatdı
Pravda.az-ın xəbərinə görə, bununla da hadisə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Qeyd edək ki, daha əvvəl həlak olanlar arasında 35 yaşlı ana ilə bərabər onun 1 və 9 yaşlarında iki övladının olduğu açıqlanıb. Dağıntıların altından ağır bədən xəsarətləri ilə xilas edilərək xəstəxanaya yerləşdirilən kişinin vəziyyəti isə ağırdır.