87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə namizəd Ayaz Qocamanovun təbligat-təşviqat kampaniyası bu gün də davam edib.
Namizədin seçki qərargahından Pravda.az-a verilən məlumata görə, bu gün Padarqışlaq, Yenilik kəndlərinə insanların təkrar istəyi ilə gedən Ayaz Qocamanov bir daha izdihamla qarşılanıb, insanların problemlərini dinləyib, seçki platforması barədə daha ərtaflı məlumat verib.
Kəndlərdə namizədi çal-çağırla qarşılayan insanlar ona dəstək verdiklərini, seçkilər günü məhz ona səs verəcəklərini bir daha bəyan ediblər. Namizəd bir daha ona göstərilən səmimi münasibətə və inama görə kənd sakinlərinə təşəkkür edib, daim onların dəstəyində olacağına söz verib.
Daha sonra Ağsu Mədəniyyət sarayında Ayaz Qocamanovla rayon sakinlərinin izdihamlı görüşü baş tutub. Görüşdə namizədin vəkilləri və bütün komanda üzvləri iştirak edib. Seçki platforması və görüləcək işlər barədə ətraflı məlumat verən namizəd təşviqat günlərində onunla birgə olan, böyük dəstək verən hər kəsə təşəkkür edib. Ağsu rayonun bütün kəndlərində seçicilərlə görüşdüyünü bildirən namizəd onun səmimi qarşılayan insanlara səslənib: “Məni səmimi, gülərüz, izdihamla qarşıladığınız üçün hər kəsə təşəkkür edirəm. İnanıram ki, səsvermə hüququ olan hər kəs 9 fevralda seçkiyə gedəcək və Ağsunun gələcəyi naminə” səs verəcək”.
Bu gün Ayaz Qocamanovun seçki qərargahı təbliğat-təşviqat kampaniyası dövründə görülən işlərlə bağlı yekun məlumat da yayıb. Məlumatda qeyd olunur ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidə 41290 nəfər seçici var. Geniş tərkibli görüşlərdə planlaşdırılan layihələr, proqramlar dairənin ərazisində olan sakinlərlə bölüşülüb. Seçicilərlə sosial şəbəkələrdə də ünsiyyət qurulub, bu müstəvidə də böyük işlər görülüb.
Təbliğat-təşviqat kampaniyası zamanı Ayaz Qocamanovun komandası öz fəaliyyətini qanunvericiliyə uyğun şəklildə həyata keçirib. Seçki Qərargahı seçiciləri seçki günü fəal olmağa, seçkilərdə iştirak etməyə və layiq bildikləri namizədə səs verməyə çağırıb.
Ayaz Qocamanovun seçki platforması ilə bir daha tanış olaq
*Dövlətə və dövlətçiliyə sadiq qalmaq
* Yeni parlamentdə islahatçı fikir və ideyaların təklif edilməsi
* Sosial-iqtisadi problemlərin həlli məqsədi ilə iş yerlərinin yaradılması
* Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərə, ahıllara, xüsusi qayğıya ehtiyacı olan insanlara xüsusi diqqətin yetirilməsi
* Ağsuda Millət vəkili varlığının köklü şəkildə hiss edilməsi
* Xarici iş adamlarının bölgəyə cəlb edilməsi, zavod və fabriklərin yaradılmasına nail olmaq
* Dövlət büdcəsindən rayona subsidiyaların artırılmasına çalışmaq
* Kəndlinin problemlərinin həll edilməsi
* Kəndlərdə toplanan məhsulun şəhər bazarlarına asanlıqla çıxarılması üçün tədbirlərin görülməsi
* Rayon və kəndlərdəki problemlərin Milli Məclisdə səsləndirilməsi və həllinə nail olmaq
* Ağsu rayonunda mədəni və tarixi irsin qorunması
* Seçicilərə münasibətdə vicdanım və şərəfim prinsipinə sadiqlik…
Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan Ayaz Qocamanov gənc iqtisadçıdır. Azərbaycanın Türkiyə və Rusiya ticarət əlaqələrində kiçik sahibkarlara dəstək verən tanınmış marketinq mütəxəsisidir.
17 Oktyabr 23:50
17 Oktyabr 23:43
17 Oktyabr 23:38
17 Oktyabr 23:20
17 Oktyabr 21:50
17 Oktyabr 20:55
17 Oktyabr 20:04
17 Oktyabr 18:54
17 Oktyabr 18:12
17 Oktyabr 17:33
17 Oktyabr 16:10
17 Oktyabr 15:33
17 Oktyabr 14:30
17 Oktyabr 13:29
17 Oktyabr 13:04
17 Oktyabr 13:01
17 Oktyabr 12:54
17 Oktyabr 12:38
17 Oktyabr 12:36
17 Oktyabr 11:33
17 Oktyabr 11:27
17 Oktyabr 11:26
17 Oktyabr 11:22
17 Oktyabr 11:20
17 Oktyabr 11:18
17 Oktyabr 11:16
17 Oktyabr 11:13
17 Oktyabr 11:09
17 Oktyabr 10:53
17 Oktyabr 10:15
17 Oktyabr 09:13
17 Oktyabr 09:08
17 Oktyabr 08:55
17 Oktyabr 08:53
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
Ən son xəbərləri səhifəmizdən də izləyin