Havaların kəskin dəyişməsi, yağan yağışlar 15 ailədə olan şagirdin məktəbə gediş-gəlişini çətinləşdirib.
Söhbət Saatlı rayonunun Qara Nuru kəndində yeni yaşayış massivinin bir küçəsindən gedir. Həmin küçənin sakinlərinin gileyini dilə gətirən Nəcəfova Cəmilə Heydər qızıdır. O, bildirir ki, burada yaşayan gənc ailələrin hamısı yay fəslində tarlada günəmuzd əməklə çalışır. Qalan fəsillərdə də digər təsərrüfat işlərində çalışırlar ki, dolanışıqlarını təmin etsinlər:
"Yeni yaşayış massivində bizim küçə salınandan yolla bağlı heç bir iş görülməyib. Övladlarımız uzaq məsafədə məktəbə getməkdə çətinlik çəkir, bəziləri isə ümümiyyətlə getmir. Yağış yağanda at arabası ilə uşaqları məktəbə aparırıq. Çətinliklə bağlı icra hakimiyyətinə şikayətə gedəcəyimizi deyəndə, sabiq icra nümayyəndəsi bizi hədələdi ki, sizi şərləyib tutduracam. Bundan sonra çoxu qorxusundan heç bu haqda danışmır".