Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin namizədliyi YAP tərəfindən irəli sürülən namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə yekun görüş keçirilib.
Pravda.az-ın xəbərinə görə, ruh yüksəkliyi ilə keçən görüşdə Yeni Azərbaycan Partiyasının Gəncənin 37, 38, 39 və 40 saylı seçki dairələri üzrə namizədlikləri irəli sürülmüş Naqif Həmzəyev, Pərvin Kərimzadə, Musa Quliyev və Müşfiq Cəfərov, ziyalılar, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdə çıxış edən natiqlər Yeni Azərbaycan Partiyasının hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, parlament seçkilərində “Daha güclü Azərbaycan naminə!” şüarı ilə iştirak edən Yeni Azərbaycan Partiyası ən layiqli namizədləri irəli sürüb və seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq.