İranda 4,7 bal gücündə zəlzələ baş verib.

Pravda.az-ın məlumatına görə, yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 107 kilometr qərbdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.