Bəşəriyyət koronavirusla mübarizədə yolun təxminən 60%-ni keçib, lakin gözlənilməz maneələr hələ də baş verə bilər.
Pravda.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan İsveçrənin “SonntagsBlick” qəzetinə verdiyi müsahibəsində bildirib.
“Ümid edirəm ki, tezliklə yolun 60%-ni keçəcəyik. Ancaq başqa bir gözlənilməz dağı aşmaq məcburiyyətində qalmağımız istisna deyil”, - təşkilat nümayəndəsi belə deyib.
Onun sözlərinə görə, “marafon”un yaxın vaxtlarda başa çatması barədə danışmaq hələ tezdir, başqa hansı maneələrin ortaya çıxa biləcəyi hələ məlum deyil.