“3-cü doza (buster) vaksin gücləndirici peyvənddir. Əlbəttə ki, onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb”.
Digər əhali kontingenti də 3-cü doza peyvəndə cəlb olunacaq
Pravda.az-ın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
O deyib ki, onu vurdurandan sonra immunitet xeyli artır: “Ona görə tövsiyə etmişik ki, ilk növbədə 60 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.