BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan yığması Serbiyaya uduzdu

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Pravda.az-ın məlumatına görə, Canni de Byazinin yetirmələri yer aldığı A qrupunun VIII turunda səfər matçına çıxıb.

 

İlk 6 oyununda cəmi 1 xalla kifayətlənən yığmamız Belqradda qrupun favoritlərindən sayılan Serbiyanın qonağı olub. Üç gün əvvəl Bakıda İrlandiyaya 0:3 hesabı ilə məğlub olan komandamızın cari tsikldə qələbə həsrəti bu dəfə də davam edib.

 

Meydan sahibləri 30-cu dəqiqədə penaltidən hesabı açsa da, fasilə ərəfəsində rəqib qapıçısının kobud səhvini bağışlamayan Emin Mahmudov status-kvonu bərpa edib. Lakin komandamızın bundan artığına gücü çatmayıb. Fasilədən dərhal sonra yenidən önə keçən Draqan Stoykoviçin kollektivi son dəqiqələrdə millimizi daha bir dəfə mərkəzə dəvət edərək, 3:1 hesablı qələbə qazanıb.

 

Bununla Serbiya məğlubiyyətsiz, Azərbaycan isə qələbəsiz oyunlar seriyasını davam etdirir. Son tur öncəsi millimizin qrupda axırıncı yeri tutacağı rəsmiləşib.

 

Qrupun digər matçında Portuqaliya Kriştiano Ronaldo (3), Bruno Fernandeş və Palinyanın qolları ilə Lüksemburqu 5:0 hesabı ilə məğlub edib.

 

Yığmamızla eyni qrupda yer alan İrlandiya isə Qətərlə yoldaşlıq görüşündə üz-üzə gəlib və 4:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, millimiz qrupda son görüşünü noyabrın 11-də Lüksemburqa qarşı keçirəcək.

 

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu, VIII tur

12 oktyabr

22:45. Serbiya – Azərbaycan - 3:1

Qollar: Duşan Vlahoviç, 30 (pen.), 53, Duşan Tadiç, 83 (pen.) - Emin Mahmudov, 45+2

Baş hakim: Erik Lambrexts (Belçika)

Serbiya: 12. Predraq Raykoviç, 4. Miloş Velkoviç, 13. Stefan Mitroviç, 5. Matiya Nastasiç (k), 16. Saşa Lukiç, 21. Marko Qruyiç, 22. Darko Lazoviç, 17. Filip Kostiç, 20. Sergey Milinkoviç-Saviç, 11. Luka Yoviç, 18. Duşan Vlahoviç

Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Mile Svilar, 2. Uroş Raçiç, 3. Filip Mladenoviç, 6. Nemanya Maksimoviç, 7. Nemanya Radonyiç, 8. Nemanya Qudel, 9. Aleksandar Mitroviç, 10. Duşan Tadiç, 14. Andriya Jivkoviç, 15. Uroş Spayiç, 19. Mixaylo Ristiç

Baş məşqçi: Draqan Stoykoviç

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 4. Höccət Haqqverdi, 18. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 3. Azər Salahlı, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 19. Filip Ozobiç, 21. Araz Abdullayev, 9. Renat Dadaşov

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 10. Rəhim Sadıxov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 20. Mert Çelik, 22. Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Canni de Byazi

Belqrad, “Rayko Mitiç” stadionu

Tarix: 13 Oktyabr 2021, 07:39   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin