Məşhur öngörücü Vanqanın proqnozları indi də çoxlarında maraq doğurur.
ABŞ-da baş verən 11 sentyabr terrorundan tutmuş İŞİD-in yüksəlişinə qədər bir çox iddiası gerçəkləşən Vanqanın 2021-ci ildən sonrakı zaman üçün də verdiyi proqnozlar diqqətlə təkib edilir.
1911-1996-cı illərdə yaşayan Vangeliya Pandeva (Vanqa) Makedoniyanın Strumitza şəhərində doğulub. 16 yaşındaykən ildırım vurması nəticəsində gözlərini itirib. Onun bütün proqnozları Bolqar hökuməti tərəfindən qeydə alınaraq saxlanılır. Musavat.com Vanqanın gələcək öngörülərini təqdim edir: 2221-ci ildə insanlar dünyadan kənarda həyat arayışında qorxunc hadisə ilə qarşılaşacaqlar. 2256-cı ildə kosmik gəmi dünyaya yeni bir xəstəlik gətirəcək. 2196-cı ildə Avropa və Asiya irqləri tamailə bir-birinə qarışacaq. 2183-də Marsdakı bir koloniya nüvə gücünə çevrilərək Yerdən müstəqillik tələb edəcək.
2170-ci ildə böyük bir quraqlıq yaşanacaq.
2164-də heyvanlar yarı insana dönəcək.
2123-də kiçik ölkələrin arasında müharibələr olacaq, böyük ölkələr isə bu müharibənin tamamilə xaricində qalacaqlar.
2111-də insanlar androidlərə bənzəyən yaşayan robota dönəcək.