Oktyabrın 12-i saat 18 radələrində Füzuli rayonu ərazisində 1994-cü il təvəllüdlü Ceyhun Quliyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Füzuli Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla rayon sakini, 1988-ci il təvəllüdlü Müşfiq Əsədovun aralarında yaranmış mübahisə zamanı Ceyhun Quliyevin üzərinə avtomobillə hərəkət edərək sonuncunu vurması, daha sonra bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.