BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Tumanyan geri çağırıldı

Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin İrandakı səfiri Artaşes Tumanyanı geri çağırıb.

 

Pravda.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

 

Ermənistan KİV-nin bu yaxınlarda yazdığına görə, İran tərəfi Tumanyanın işindən narazıdır. Həmçinin Ermənistan hökumətinin onu ölkənin xarici işlər nazirinin müavini təyin etmək planları barədə də məlumatlar yayılıb.

 

Qeyd edək ki, A.Tumanyan 1999-2000-ci illərdə nazirin birinci müavini, daha sonra isə Prezident Aparatının rəhbəri vəzifəsini icra edib. Buna qədər isə, millət vəkili olub.

Tarix: 13 Oktyabr 2021, 17:11   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin