BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Məşğulluq Agentliyi 190 manat məsələsi ilə bağlı məlumat yayıb

Bir neçə sosial şəbəkə səhifəsində pandemiya dövründə birdəfəlik ödəmə təyinatlarının guya elektron sistemlər üzərindən deyil, yerli məşğulluq orqanlarının xətti ilə təyin edildiyi barədə ortaya atılan iddia qərəzli və əsassızdır.

 

Bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, bu iddianı guya sübutlayacaq səs yazısının kontekstdən çıxarılmış formada paylaşılması da süni ajiotaj yaratmağa, “190 manat birdəfəlik ödəmə” mövzusunda sadə insanların “layk”larını toplamaq üçün növbəti ucuz şou qurmağa hesablanıb.

 

“Bir daha bildiririk ki, birdəfəlik ödəmə təyinatları qanunvericilik əsasında bu ödəməni alacaq şəxslər müəyyən edilərək həyata keçirilib. Həmin şəxslər, yəni aztəminatlı işsiz şəxslər 25-dək qurumun elektron məlumat sistemlərindən əldə edilmiş məlumatlar əsasında müəyyən ediliblər. Ödəmələr də Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilib və hüququ yaranan şəxslərin bank hesablarına köçürülüb, həmçinin bir qisminə “Azərpoçt” vasitəsilə ödənilib. Yerli məşğulluq orqanlarının birdəfəlik ödəmənin təyin edilməsi prosesində heç bir iştirakı olmayıb. Yalnız onlayn müraciətlər üzrə işsiz şəxslərin müəyyən edilməsinin sürətləndirilməsi üçün qanunvericiliyə uyğun olaraq yerli məşğulluq orqanları prosesdə iştirak edib. Kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər qanunvericiliyə əsasən, məşğul şəxslər hesab olunurlar. Həmin şəxslərin torpaq payına malik olub-olmamasına dair e-informasiya sistemlərindən məlumat əldə edilib. E-sistemdə həmin məlumatları olmayan, lakin torpaq payına malik olduğu ehtimal edilən şəxslərin siyahıları dəqiqləşdirmə aparılması üçün müvafiq quruma göndərilib, sadəcə olaraq həmin yoxlama dövründə işsiz statuslarının verilməsi müddəti ləngidilib. Yerli qurumlara bu barədə verilən göstərişlə bağlı sosial şəbəkədə paylaşılan səs yazısı da əslində dezinformasiya məqsədilə kontekstdən çıxarılaraq, yarımçıq halda təqdim edilir. Verilən göstərişlərin hamısı birdəfəlik ödəməni tənzimləyən müvafiq qərarın tələbləri çərçivəsində olub. Birdəfəlik ödəməni almış 600 min şəxsin adı şəffaflığın təmin olunması üçün ictimaiyyətə açıq olaraq internet resursunda yerləşdirilib. Fərdi məlumatların qorunması məqsədilə hər bir vətəndaşın FİN kodunun yalnız bir neçə rəqəmi siyahıda əks olunub” – məlumatda qeyd olunub.

Tarix: 13 Oktyabr 2021, 23:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin