Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Bill Klinton xəstəxanaya yerləşdirildi

831
Paylaş:
Bill Klinton xəstəxanaya yerləşdirildi

 ABŞ-ın keçmiş prezidenti Uilyam Ceferson (Bill) Klinton Kaliforniyada xəstəxanalardan birinə yerləşdirilib.

Pravda.az xəbər verir ki, bu barədə həkimlərə və siyasətçinin nümayəndəsinə istinadən CNN telekanalı məlumat yayıb.

Qeyd edilir ki, onun xəstəliyi COVID-19 ilə bağlı deyil, qan zəhərlənməsi ilə əlaqədardır.

"O, artıq xəstəxanaya infeksiyayla çatdırılıb. Onu antibiotiklərin köməyi ilə müalicə edirlər və həkimlər iddia edirlər ki, Bill Klinton müalicəyə müsbət reaksiya verir", - telekanal bildirib.

Klintonun nümayəndəsi həmçinin qeyd edib ki, sabiq prezident sağalmağa doğru gedir.

Qeyd edək ki, Bill Klinton 1993-cü ildən 2001-ci ilə qədər ABŞ prezidenti olub.

Report

Paylaş:

Ən son xəbərlər