Nadir bilinən psixoloji pozğunluqların siyahısını və onlar haqqında məlumatı təqdim edirik.
Erotomani
Bu psixoloji pozğunluğa sahib adamlar kimlərinsə onlara aşiq olduqlarını zənn edirlər. Xəstə xəyali fanatlarının gizli siqnallar və telepatiya yolu ilə onlara mesaj verdiklərinə inanır. Sevgilisi kimi gördüyü adamdan rədd cavabı alanda belə hesab edirlər ki, həmin şəxs münasibətlərini cəmiyyətdən gizləmək istəyir.
Quasimodo sindromu
Öz fiziki görünüşündə qüsur olduğunu düşünmək və həyatını buna bağlamaq. Şəxs hər dəfə öz bədəninin hər hansı yerində qüsur tapır, o qüsuru aradan qaldırmaq üçün saatlarla güzgünün qabağında özünə baxıb əsəb keçirir. Həssas olduğu əzalar bunlardır: üz, burun, dəri, saç, göz. Bu xəstələr fiziki görünüşlərinə həddindən artıq həssas yanaşdıqlarından daim əzab çəkir, özünü evə qapayırlar. Onların bu həssaslığı intihara da səbəb ola bilər.
Kriptomnezi
Əvvəllər oxuduğu hansısa əsəri, yaxud dinlədiyi musiqi parçasını sonradan unudan və alt-şüurunda o əsərin müəllifinin özü olduğunu düşünən adamlar. Bu xəstəlik daha çox yaradıcılıqla məşğul olan şəxslərdə yaranır.
Munçausen sindromu
Bu şəxs tez-tez xəstəxanalara gedir, özündən xəstəliklər uydurur və tibbi müayinələrdən keçir. Bəziləri hətta özünə xəsarət də yetirir – bununla da xəstə olduğunu göstərmək istəyir. Bu sindrom adını baron Munçausendən alıb. Rəvayətə görə, Munçausen müharibədə iştirak etməsə də, döyüşlərdə olanları özünün başına gələn kimi danışmış və beləcə, məşhurlaşmışdı. 1951-ci ildə Riçard Alan Con Aşher xəstəxanada lazımsız yerə müalicə almağa gələn bir qrupu bu sindrom adı altında sinifləndirmişdi.
“Yad əl” sindromu
Şəxs bir əlinin ona aid olmadığını və o əlin müstəqil şəkildə hərəkət etdiyini düşünür. Bu sindromun daşıyıcıları hər iki əlini beynin siqnalı vasitəsi ilə hərəkət etdirirlər, lakin o biri əlin öz iradələrindən kənar olduğuna inanırlar.
Likantropi