Tovuz rayonunda Vətən Müharibəsi şəhidlərini təhqir etdiyi deyilən şəxsi üzr istəməyə məcbur edənlər saxlanılıb.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, sosial şəbəkələrdə Tovuz rayon sakini A. İ.-nin sərxoş halda Vətən müharibəsi şəhidi barədə nalayiq ifadələr işlətdiyinə görə bir qrup şəxs tərəfindən döyülərək qəbiristanlıqda şəhid məzarlarından üzr istədilməsi haqda görüntülər yayılıb: “Məsələ ilə əlaqədar Tovuz Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri -Taleh Hüseynov, Sürət Məmmədov, Tural Əhmədov, Elşad Rzayev, Elnur Bayramov, Əli Hüseynzadə və Telman Nağıyev saxlanılıb”.