Azərbaycan Milli Elmlər Akademiyasın Mərkəzi Nəbatat Bağında qanunsuzluqlar aşkarlanıb.
Pravda.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, akademiyanın balansında olan bağda yoxlamalar aparılıb.
Müəyyən olunub ki, bağın keçmiş rəhbərliyi tərəfindən bir müddət əvvəl bağın ərazisində iki evin tikilməsi üçün şərait yaradılıb.
Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev bildirib ki, ərazidə qanunsuz evlərin tikilməsi faktı yeni aşkar edilib.
Bağda ağaclara vaxtı-vaxtında aqrotexniki qulluq edilmədiyi də aşkarlanıb. Həmçinin bəzi hissələrdə ağacların quruduğu, təmizlik işlərinin aparılmadığı üzə çıxıb.