BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda internetin verilişində problem yarandı

Azərbaycanda internetin verilişində fasilə yaranıb.

Pravda.az-ın xəbərinə görə, bunu hava şəraiti ilə əlaqələndirirlər. Sosial şəbəkə istifadəçiləri sürətin çox zəif olduğunu bildirirlər

Xatırlatma: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və qurumları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq fevralın 10-nu gündüzədək hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi, temperaturun 15-18 dərəcə aşağı enəcəyi və yağıntının intensiv olacağı ilə bağlı 07 fevral 2020-ci il tarixli xəbərdarlığı ilə əlaqədar gücləndirilmiş iş rejiminə başlayıb.

 
Nazir Ramin Quluzadə telekommunikasiya, poçt və nəqliyyat xidmətlərinin fasiləsizliyinin və dayanıqlılığının təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi, mal-material ehtiyatlarının yaradılması, qida qurğularının normal işinin təmin edilməsi və təhlükəsizlik tədbirlərinə ciddi riayət ediləməsi ilə bağlı nazirliyin bütün qurumlarına göstəriş verib. Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görülməsi tapşırılıb. Əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.

Tarix: 8 Fevral 2020, 21:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin