Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Nazirlər Kabineti maaş və pensiyaların artılıması üçün təkliflər hazırlamağa başladı

978
Paylaş:
Nazirlər Kabineti maaş və pensiyaların artılıması üçün təkliflər hazırlamağa başladı

Nazirlər Kabineti Prezident İlham Əliyevin sosial rifahın qorunmasına dair sərəncamının icrasına başlayıb.

Bu barədə Pravda.az-a Nazirlər Kabinetindən məlumat verilib.

"Bu gün Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir.

Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi haqda tapşırıq verilib.

Hökumət həmin təkliflərin hazırlanmasına artıq başlayıb" - məlumatda bildirilib.

Paylaş:

Ən son xəbərlər