BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azəriqaz" rəhbəri qiymətlərin bahalaşma səbəblərini açıqladı

Azərbaycanda təbii qazın qiyməti noyabrın 1-nə qədər köhnə qiymətlərlə hesablanacaq.


Pravda.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev sosial media hesabında paylaşım edib.


O bildirib ki, oktyabrın sonuna qədər qiymətlər əvvəlki kimi olacaq: "Noyabrın 1-dək abonentlər 1200 kubmetrə qədər istifadə etdiyi qaza görə bir kubmetr üçün 10 qəpik, 1200 kubmetrdən 2500 kubmetrə qədər 20 qəpik ödəyəcək. Noyabrın 1-dən isə 1200 kubmetrə görə əhali 12 qəpik ödəyəcək. 1200 kubmetrdən yuxarı istifadə edənlər üçün isə qiymətlər dəyişməyəcək.


Sənaye və kənd təsərrüfatında isə qazın bir kubmetri 20 qəpikdən 25 qəpiyə qaldırılacaq

Ruslan Əliyev təbii qazın bahalaşması səbəblərini də açıqlayıb. O bildirib ki, buna səbəb beynəlxaq bazarda qaz və qaz avadanlıqlarının bahalaşmasıdır:


"Bunun səbəbləri isə beynəlxalq bazarda qiymət artımı ilə bağlıdır. Əgər biz bu vaxta qədər qazın topdan satışını 110 manata alırdıqsa, artıq indi bu qiymət 118 manatdır.


Həmçinin, beynəlxalq bazarda qaz qurğularının, avadanlıqların qiymətləri bahalaşıb. On görə də bu bahalaşma qazın satış qiymətinə də təsirsiz ötüşməyib"

Tarix: 17 Oktyabr 2021, 01:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin