BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda daha bir ağır yol qəzası: 4 nəfər öldü

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Pravda.az-ın xəbərinə görə, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Quba rayonunun Alekseyevka kənd sakini, 1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi 90-ZV-745 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.


Avtomobildə olan 3 nəfər hadisə yerində dünyasını dəyişib. Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılan iki nəfər yaralıdan birinin həyatını da xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 17 Oktyabr 2021, 07:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin