BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda vəkilin avtomobilini yandırdılar - FOTO

Zaqatalada Vəkillər Kollegiyasının üzvü, vəkil Azər İsmayılova məxsus avtomobil yandırılıb.

Pravda.az xəbər verir ki, bu barədə vəkil özü məlumat verib.

O qeyd edib ki, avtomobili yandırmaqda şübhəli bildiyi şəxs var: "Hadisə yaşadığım binanın həyətində baş verib. Maşını benzinlə yandırıblar. Həmin şəxsin adını açıqlamaq istəmirəm, ancaq hesab edirəm ki, bunu edən şəxs mənim müdafiə etdiyim şəxsin işi üzrə qarşı tərəfdir".

Vəkil deyib ki, avtomobil Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb və hadisə yerinə polis əməkdaşları gəlib: "Artıq polisə ərizə ilə müraciət etmişəm. Ümid edirəm ki, yaxın zamanda hadisəni törədən şəxs məsuliyyətə cəlb olunacaq".

Vəkillər Kollegiyası İdarə Heyətinin sədri Anar Bağırov hadisəni nəzarətdə saxladığını bildirib: "Zaqatalada fəaliyyət göstərən vəkilimiz Vəkil Azər İsmayılovla dərhal əlaqə saxladım, əsaslı şübhələri barədə məlumat verdi. Bu dəhşətli hadisə çox ciddi şəkildə araşdırılmalıdır. Tərəfimdən aidiyyəti dövlət qurumlarına rəsmi qaydada müraciət olunacaq, məsələni şəxsi nəzarətimdə saxlayacam. Baş verənlərin vəkillik fəaliyyətindən irəli gələn cinayət olması ehtimalı çox yüksəkdir. Bu cinayəti törədən şəxslər qanunamüvafiq qaydada cəzalanmalıdır".

Tarix: 17 Oktyabr 2021, 17:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin