Qax Rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlar Rəşid adlı şəxsin guya onlara əlillik dərəcələri təyin etdirəcəyini vəd edərək aldatdığını və ümumilikdə 17 000 manata yaxın pullarını ələ keçirdiyini bildiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, Qax rayonu Şotavar kənd sakini Rəşid Allahverdizadə saxlanılıb.