BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU-da da koronavirusa yoluxma halı qeydə alındı

Bu gündən Bakı Dövlət Universitetinin 2 qrupunda da dərslər distant formada davam etdiriləcək.

 

Pravda.az xəbər verir ki, bu barədə universitetin mətbuat katibi Günel Orucəliyeva məlumat verib.

 

Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin SABAH qruplarından olan 2 qrupda COVID-19 virusu aşkarlanıb. Həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib.

 

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr arasında yoluxma faktı qeydə alınmışdı və qruplar distant təhsilə keçirilmişdilər.

 

 

Tarix: 18 Oktyabr 2021, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin