BURADA REKLAMINIZ OLA
BİLƏR

“MSK-nın veb-kameralarının üzəri bağlanmayıb” - Şahin Əsədli

8 saylı Binəqədi Birinci Seçki Dairəsinin bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi barədə məlumatlara Mərkəzi Seçki Komissiyası (MSK) münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, MSK-nın Media və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, bu məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyəti yoxdur: “Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı narazılıqlar olmuşdu. Bütün seçkilərdə təhlükəsizlik kameraları bağlanır. MSK-nın quraşdırdığı veb-kameraların üzərinin bağlanması barədə iddialar isə əsassızdır, bütün veb-kameralar hazırda aktivdir. Kim istəsə, veb-kameralar vasitəsilə seçkini müşahidə edə bilər”.APA

Fotoları təqdim edirik
Tarix: 9 Fevral 2020, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin