Məhkumluq həyatı yaşayan bir çox insan zəfər günündə azadlığına qovuşa bilər. Ölkəmizdə 5 ildən sonra yenidən amnistiya aktının qəbul edilməsi gözlənir. Budəfəki amnistiya əvvəlkilərə nisbətən daha geniş kütləni əhatə edə bilər. Bunu əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Milli Məclis tərəfindən Zəfər günü ilə bağlı amnistiya aktının qəbul olunması gözlənir.
Onun sözlərinə görə, ölkəmizdə qəbul edilmiş son 4 amnistiya aktının təşəbbüskarı Birinci-vitse prezident Mehriban Əliyeva olub. 2007, 2009, 2013 və 2016-cı illərdə qəbul edilmiş amnistiya aktları nəticəsində 40 minə yaxın şəxs cəzadan və cinayət məsuliyyətindən, minlərlə insan azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilib.