Xüsusən də sərnişin avtobusu və yük avtomobillərinin iştrakı ilə baş verə biləcək ağır qəzaların qarşısını almaq məqsədi ilə, üç il əvvəl ''yol hərəkətinin təhlükəsizliyi'' nə dair dövlət proqramı hazırlandı. Konkret olaraq proqramda göstərilirdi ki, bu tip nəqliyyat vasitəsinin sürücülərinə nəzarət etmək üçün avtomobillərə ''taxoqraf'' cihazı qurulsun. Yəni onların hərəkəti və neçə saat sükan arxasında olmasına adıçəkilən cihaz vasitəsi ilə nəzarət ediləcəkdi. Amma görünən odur ki, bu proqram tam olaraq icra edilmir. Buna səbəb nədir? Sualımıza aidiyyəti qurumdan cavab öyrənmişik.
Son günlər sərnişin avtobusu və yük avtomobillərinin iştrakı ilə baş vermiş qəzalar həmin nəqliyyat vasitələrinin sürücülərinə nəzarətin ciddi olmamasını göstərir.
Hansı ki, 2019-2023-cü illəri əhatə edən ''Yol Hərəkətinin Təhlükəsizliyi''nə dair dövlət proqramında da var ki, bu tip nəqliyyat vasitələrinə ''taxoqraf'' cihazı qurulmalı idi. Bu cihazla sürücünün hərəkəti həm izlənir, həm də onun sükan arxasında nə qədər olduğu müəyyən edilir. Başqa sözlə desək bu növ nəqliyyat vasitələrinin sürücülərinə ciddi nəzarət edilir. Amma bir neçə gündə həm avtobus həm də yük avtomobilinin sürücülərinin törətdikləri qəzalar onu deməyə əsas verir ki, hələ də dövlət proqramında göstərilənlər sadəcə sənəd üzərindədir.