BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni ulduz aşkarlandı

İngiltərənin Darem Universitetinin alimləri olduqca sürətli dövri parlaqlıq dəyişikliklərinə malik ağ cırtdan ulduz aşkarlayıblar.

 

Pravda.az xəbər verir ki, bu barədə məqalə “Nature Astronomy” jurnalında dərc olunub.

 

Qeyd edilir ki, ağ cırtdan ulduzlar termonüvə yanacaqları tükənmiş, lakin kütləsi neytron ulduzuna çevrilmək üçün kifayət etməyən köhnə ulduzlardır. Onlar 0,08-12 Günəş kütləsi olan ulduzlara çevrilə bilər.

 

Yeni ağ cırtdan ulduzu Simon Skarinqin rəhbərliyi altında astronomların komandası müşahidə edib. Səma cismi “TW Pictoris” sistemindədir. Materiyanın bir ulduzdan digərinə keçməsi bir neçə gündən bir aya qədər davam edən parlaqlıq dəyişiklikləri ilə müşayiət olunur.

 

Alimlər “Transiting Exoplanet Survey Satellite” teleskopunun köməyi ilə müşahidə etdikləri ağ cırtdanın parlaqlığının təəccüb doğuran sürətlə dəyişdiyini qeydə alıblar. Bildirilir ki, o, parlaqlığını yarım saat ərzində üç dəfə dəyişə bilər.

 

“TW Pictoris” sisteminin ağ cırtdan ulduzu rekord vaxtda iki parlaqlıq rejimi arasından keçir.

 

Report

Tarix: 19 Oktyabr 2021, 06:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin