Azərbaycanda seçki məntəqələrində jurnalistlərə çəkiliş aparmağa şərait yaradılmır.
Seçki məntəqələrinin sədrləri Məzahir Pənahova qarşı - Jurnalistlərə çəkiliş aparmağa imkan verilmir
Pravda.az-ın xəbərinə görə, bu əsasən, 73 saylı Lənkəran şəhər, 76 saylı Lənkəran – Astara, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinə daxil olan seçki məntəqələrinin sədrləri jurnalistlərə çəkiliş aparılması üçün Mərkəzi Seçki Komissiyasından (MSK) razılığın tələb olunduğunu bildirirlər.
Faktiki olaraq, MSK sədri Məzahir Pənahov çıxışlarında dəfələrlə bildirib ki, jurnalistlər press-vəsiqələrini təqdim etməklə istənilən məntəqədə müşahidə, çəkiliş apara bilər.